Ermənilər ölkələrini nifrətlə tərk edirlər

ermeniler-olkelerini-nifretle-terk-edirler
Oxunma sayı: 660

“Qafqazinfo”nun Ermənistan saytına istinadən verdiyi xəbərə görə, bu sözləri dramaturq Karine Xodikyan bu gün keçirilən mətbuat konfransında miqrasiya məsələlərinə toxunarkən deyib: “Bizə öz nifrətlərini qoyaraq çıxıb gedirdilər”. Onun sözlərinə görə, Ermənistanı tərk edənlərin gözlərində nifrət və kin var idi. Dramaturq onları dayandırmaq üçün heç kimin bir addım atmağa təşəbbüs göstərməməsi ilə bağlı qorxusunu ifadə edib: “Sanki hər kəs insanların bu ölkəni tərk etməsinə laqeyddir. Kişilər ailələrini dolandıra bilmirlər. Məgər insanın öz ölkəsini tərk etməyə məcbur olması intihar deyil?”. Sonda verdiyi sualı cavablandıran Karine Xodikyan bunun intihardan daha pis olduğunu deyib.



Səidə Teyyubqızı