Ermənilər Oxçuçayı belə çirkləndirir - Video

ermeniler-oxcucayi-bele-cirklendirir
Oxunma sayı: 3456

Prezidentin köməkçisi, Prezident Administrasiyası xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Oxçuçayın Ermənistan tərəfindən çirkləndirilməsinə dair görüntülər paylaşıb.

“Qafqazinfo” xəbər verir ki, o, Ermənistanın mədən sənayesinin ağır fəsadlarını tvitter paylaşımında nümayiş etdirib.

H.Hacıyev buna görə məsuliyyət daşıyan şirkətləri fəaliyyətlərini dərhal dayandırmağa çağırıb.

Qeyd edək ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyi də teleqram kanalında Oxçuçayın çirkləndirilməsinin görüntülərini yayımlayıb.