İşğalçı Ermənistanın Dağlıq Qarabağda törətdiyi təxribat nəticəsində yüzlərlə insan qaçqına çevrilib.
“Qafqazinfo” xəbər verir ki, bu barədə jurnalistlərə məlumat verən BMT baş katibinin rəsmi nümayəndəsi Stefan Cujarrik bildirib ki, son günlər münaqişənin gərginləşməsi nəticəsində yüzlərlə insan, əsasən qadınlar, uşaqlar və qocalar evlərini tərk etməyə məcbur olublar. Qaçqınlar üzrə Ali Komissarlığın məlumatına görə, insanların böyük hissəsi Ermənistana qaçıb. Əhaliyə qarşı imkanların məhdudluğunu dilə gətirən idarə bu səbəbdən məcburi köçkünlərin sayının dəqiqləşdirilməsinin mümkün olmadığını deyib. Qaçqınlar üzrə Ali Komissarlıq onu da qeyd edib ki, qaçqınların bəziləri son 20 ildə yaşayış yerini bir neçə dəfə dəyişməyə məcbur olduqlarını bildiriblər.
Baş katibinin nümayəndəsi Cujarrik “Dinc sakinlər arasındakı qurbanlar , dağılan evlər və infrastrukturlar haqqında, həmçinin, münaqişə zonasını tərk etmək istəyən insanların yerdəyişmə azadlığının məhdudlaşdırılması barədə məlumatlar alınıb”-, deyə açıqlama verib. Onun sözlərinə görə, Qaçqınlar üzrə Ali Komissarlıq hər iki münaqişə tərəfini köçürülmüş şəxslərin hüquqlarına hörmət etməyə və onları qorumağa çağırır.
Bundan əlavə, Qaçqınlar üzrə Ali Komissarlıq rəsmi saytında Azərbaycan və Ermənistan hökumətlərinə müraciət edərək, köçkünlərin humanitar ehtiyaclarını ödəməyi təklif edilib.
Aysel Kərimova
Son xəbərlər
Son Xəbərlər