Ermənilər Qazaxı gülləyə tutub

ermeniler-qazaxi-gulleye-tutub-
Oxunma sayı: 652

“Qafqazinfo”nun Müdafiə Nazirliyinə istinadən verdiyi məlumata görə, erməni ordusu Ermənistanın Noyenberyan rayonunun Berdevan kəndində yerləşən mövqelərindən Qazax rayonunun kəmərli kəndində yerləşən Azərbaycan Silahlı qüvvələrinin mövqelərini atəşə tutub. Həmçinin Füzuli rayonu istiqamətində də atəşkəs pozulub. Belə ki, rayonun Qorqan kəndi yaxınlığında və adsız yüksəkliklərdə yerləşən erməni ordusu mövqeləri AzƏrbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar. Düşmən cavab atəşi ilə susdurulub.