Ermənilər Rusiyanı ölkələrinə təhlükə kimi görürlər - Sorğu

ermeniler-rusiyani-olkelerine-tehluke-kimi-gorurler
Oxunma sayı: 1752

Rusiya Ermənistanın təhlükəsizliyinə təhdid törədən ölkələr reytinqində 3-cü pillədə qərarlaşıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə IRI institutunun keçirdiyi sorğunun nəticələrində qeyd olunub.

Sorğuya əsasən, respondentlərin 11%-i Rusiyanı öz ölkələrinə təhdid hesab edir. Həmçinin Rusiyanı siyasi və iqtisadi təhdid olaraq görürlər. Belə ki, sorğuda iştirak edənlərin 15 və 17%-i belə düşünür.

Reytinqin birinci pilləsində Türkiyə (88%), ikinci pilləsində isə Azərbaycan (81%) yer alıb.