Ermənilər sərhəd döyüş məntəqələrimizi atəşə tutub - DSX

ermeniler-serhed-doyus-menteqelerimizi-atese-tutub
Oxunma sayı: 1352

Aprelin 29-30-da Qazax rayonu istiqamətində Ermənistanla dövlət sərhədində Dövlət Sərhəd Xidmətinin (DSX) sərhəd döyüş məntəqələri günün müxtəlif vaxtlarında Ermənistanın silahlı qüvvələrinin bölmələri tərəfindən bir neçə istiqamətdən iriçaplı silahlardan dəfələrlə intensiv atəşə tutulub.

"Qafqazinfo" Dövlət Sərhəd Xidmətinə istinadən xəbər verir ki, bölmələrimizin atəşə tutulduğu Ermənistan silahlı qüvvələrinin döyüş mövqeləri istiqamətində cavab atəşi açılıb.