Ermənilər Tərtəri yandırır

ermeniler-terteri-yandirir-
Oxunma sayı: 1375


“Qafqazinfo”nun verdiyi xəbərə görə, erməni silahlı qüvvələri Tərtər rayonunun işğal altında olan Qızıloba kəndinin ərazilərinə od vurublar.Yanğın güclü olduğu üçün alov qısa müddət ərzində böyük ərazini əhatə edib.

Güclü yanğın genişlənərək Tərtərin Qarağacı, Qapanlı, Qaradağlı kəndlərinə doğru yaxınlaşıb. Hadisə yerinə Tərtər yanğınsöndürmə briqadası çağırılıb. Ərazidə FHN yanğın söndürən avtomobilləri və canlı qüvvəsi,o cümlədən kənd sakinləri növbəli şəkildə keşik çəkirləri ki, alov taxıl zəmilərinjə yaxınlaşmasın. Hazırda ərazidə yanğın davam edir.