Martın 28-də axşam saatlarında Tovuzun Əlibəyli kənd sakini, 29 yaşlı Əliyev Rəşad Səfər oğlu ermənilərin atdığı gülləyə tuş gəlib. Həyətində qolundan güllə yarası alan gənc hazırda stasionar şəraitdə müalicə olunur.
Ailə üzvlərindən “Musavat.com”-a verilən məlumata görə, hərbi sanitarlar gəlib R.Əliyevin yarasını sarıyıblar və ciddi fəsadların baş verməsinə imkan verməyiblər. Hazırda onun durumu sabitdir.
Son xəbərlər
Son Xəbərlər