Ermənilər yenə öz PUA-larını vurdular - Nazirliyin məlumatı

ermeniler-yene-oz-pua-larini-vurdular-
Oxunma sayı: 2183

Mayın 19-da saat 13.20 radələrində cəbhənin Ağdam istiqamətində kəşfiyyat xarakterli uçuş aparan Ermənistan silahlı qüvvələrinə məxsus "X-55" tipli PUA erməni bölmələri tərəfindən növbəti dəfə səhvən vurulub.

Qafqazinfo” xəbər verir ki, Müdafiə Nazirliyinin məlumatına görə, PUA-nın ermənilərin mövqelərinə yaxın əraziyə düşdüyü bölmələrimiz tərəfindən müşahidə olunub.

Qeyd edək ki, bu son həftə ərzində düşmən hərbi qulluqçularının qeyri-peşəkarlığı nəticəsində səhvən vurulan ikinci "X-55" tipli PUA-dır.