“Qafqazinfo” Türkiyənin “Cumhuriyyet” qəzetinə istinadən xəbər verir ki, ABŞ-dakı yəhudi lobbisini İsraillə əlaqələrinə görə itirən, Fətulla Gülən camaatı ilə də bağlarını qoparan rəsmi Ankara bundan sonra Azərbaycanla birgə hərəkət edəcək. Yerli media Ermənistana qarşı “savaşda” Azərbaycanla əldə olunan razılığı ““Kürü lobbisi” ilə işbirliyi gündəmdə” başlığı ilə təqdim edib.
Bununla bağlı artıq Türkiyə Hökuməti yanında Xaricdə Yaşayan Türklər, İcmalar və Əqrəba Topluluqları İşi üzrə Komitə ilə Azərbaycanın Diaspora Komitəsi arasında razılıq əldə olunduğu deyilir. Əldə olunan razılığa görə, hər iki qurum Avropa Birliyi ölkələri və ABŞ da birgə fəaliyyət göstərəcəklər. Bu qərarın baş nazir Ərdoğanın Bakı səfəri zamanı qəbul olunduğu qeyd olunur. Baş nazirlə prezident İlham Əliyev arasında baş tutan görüşdə Ermənistanın iddialarına qarşı birgə mübarizənin daha da artırılması məsələsi önə çəkilib. Daha əvvəl türklər və azərbaycanlılar xaricdə bir –birilərinə dəstək olsalar da ciddi işbirliyi altında hərəkət etməyiblər. Bu məsələnin Əliyevin Türkiyəyə səfəri zamanı da müzakirə olunacağı vurğulanır. /Media Təqib Mərkəzi/
Son xəbərlər
Son Xəbərlər