Ağ Evin rəsmi saytında azərbaycanlıların yaratdığı petisiyada toplanan imza sayı lazım olan həddi keçib.
“Qafqazinfo” xəbər verir ki, 6 may tarixinə kimi tamamlanmalı olan 100 min imza artıq tamamlanıb. Belə ki, hazırki rəqəmlərə görə toplanan imzaların sayı 100 571, lazım olan imza sayı isə 0-dır.
Qeyd edək ki, petisiyada Ermənistanın Dağlıq Qarabağdakı təcavüzkar əməllərinə son qoyulması üçün president Barak Obamaya müraciət olunub.
Günel Hacı
Son xəbərlər
Son Xəbərlər