Erməniləri ermənicə salamlayan azərbaycanlı kimdi?- - Video

ermenileri-ermenice-salamlayan-azerbaycanli-kimdi-
Oxunma sayı: 3734


“Qafqazinfo” ans press-ə istinadən xəbər verir ki, hadisə Ermənistanı təmsil edən “Genealogy” qrupunun keçirdiyi mətbuat konfransında baş verib.

Özünü tam yox, yalnız “Azərbaycandan Rəşad” kimi təqdim edən jurnalist ermənicə “barev, Hayastan”, yəni “salam, Ermənistan” deyib.

Jurnalist daha sonra qrupun üzvü İnqa Arşakyana üz tutub və ikinci dəfə “Eurovision”a qatılmaqla özünü necə hiss etdiyini soruşub. İnqa da qayıdıb ki, bəs, 2009-cu ildə bacısı Anuşla çıxış edəndə həyəcanlı imiş, amma indi qrup üzvü kimi qorxmur. “Genealogy”nun 6 üzvündən yalnız İnqa Ermənistanda yaşayır, qalan dörd üzvü erməni olsa da müxtəlif qitələrdə yaşayırlar. Meri Cin O Doerti isə ümumiyətlə avstraliyalıdır.