Azərbaycana məxsus pilotsuz uçuş aparatı (PUA) vurulmayıb.
“Qafqazinfo” bu barədə Trend-ə Müdafiə Nazirliyindən Ermənistan mətbuatının guya, Azərbaycana məxsus pilotsuz uçuş aparatının (PUA) vurulması ilə bağlı bildiriblər.
Qeyd edilib ki, Silahlı Qüvvələrimizin sərəncamında olan bütün PUA-lar yerindədir.
Dəqiq məlumata görə isə erməni tərəfi səhvən öz PUA-nı vuraraq yerə salıb və bu cür məlumatlar yaymaqla fikri həqiqətdən yayındırmaq istəyir.
Bildiririk ki, mayın 13-də cəbhə bölgəsində Silahlı Qüvvələrimizin mövqeləri üzərində uçuşlar həyata keçirməyə cəhd göstərən Ermənistan silahlı qüvvələrinə məxsus "X-55" tipli PUA bölmələrimiz tərəfindən xüsusi üsulla endirilib.
Beləliklə, mayın 13-də erməni tərəfinə məxsus 2 ədəd PUA məhv edilib.
Son xəbərlər
Son Xəbərlər