Ermənilərin artilleriya zərbələri nəticəsində daha bir dinc sakin həlak olub

ermenilerin-artilleriya-zerbeleri-neticesinde-daha-bir-dinc-sakin-helak-olub
Oxunma sayı: 3122

Ermənistan Silahlı Qüvvələri təmas xəttindən xeyli uzaqda yerləşən yaşayış məntəqələrini reaktiv artilleriya qurğuları və uzaqvuran toplardan atəşə tutmağa başlayıb. 

“Qafqazinfo” APA-ya istinadən xəbər verir ki, düşmənin Ağdamın Əhmədağalı Ərazi Vahidliyinin Şərifli kəndini atəşə tutması nəticəsində yaranan mərmi partlayışları zamanı kənd sakini, 1954-cü il təvəllüdlü Dadaşov Qaraş Şahmar oğlu həyatını itirib.

Bu gün erməni silahlı qüvvələri Üçoğlan və Xındırıstan ərazi vahidliklərini də atəşə tutub. Üçoğlan ərazi vahidliyinin Ballar kəndinin ərazisinə 5 artilleriya mərmisi atılıb.

Yaşayış məntəqələrinə tuşlanan mərmilərdən biri həyətyanı sahəyə düşüb. Xəsarət alan olmayıb. Digər dörd mərmi isə kəndin yaxınlığında əkin sahələrində partlayıb.