Ermənilərin atdığı mərmi icra nümayəndəliyinə düşdü

ermenilerin-atdigi-mermi-icra-numayendeliyine-dusdu
Oxunma sayı: 4909

Ermənilərin atdığı mərmilərdən biri Ağdam rayonu, Əfətli kənd icra nümayəndəliyinə düşüb.

“Qafqazinfo” report-a istinadən xəbər verir ki, Ermənistan ordusunun yaşayış məntəqələrimizi ağır atıcı silahlardan və uzaq atan toplardan atəşə tutması nəticəsində Ağdam rayon kənd icra nümayəndəliyinə "Qrad" mərmisi düşüb.

"Partlayış nəticəsində xəsarət alan olmayıb. Lakin binaya xeyli ziyan dəyib", - Rayon İcra Hakimiyyətindən bildirilib.