Ermənilərin atdığı qadağan edilmiş mərmi partladıldı

ermenilerin-atdigi-qadagan-edilmis-mermi-partladildi
Oxunma sayı: 2104

Xarici ölkələrin Azərbaycanda akkreditə olunan hərbi attaşelərinin mayın 11-də cəbhəboyu zonaya səfəri təşkil olunub.

Qafqazinfo” xəbər verir ki, Azərbaycanın Müdafiə və Xarici İşlər nazirliklərinin birgə təşkilatçılığı ilə keçirilən səfərdə 13 ölkədən 20-dən artıq hərbi attaşe iştirak edib.

Tərtər rayonunun Əskipara kəndinə gələn hərbi attaşelər mayın 10-da Ermənistan silahlı qüvvələrinin qadağan edilmiş ağ fosfor mərmisi atdığı əraziyə baxış keçiriblər. Daşınması mümkün olmadığından mərmi mütəxəssislər tərəfindən partladılaraq məhv edilib.