Ermənilərin atəşi nəticəsində mülki tikiliyə güllə dəyib

ermenilerin-atesi-neticesinde-mulki-tikiliye-gulle-deyib
Oxunma sayı: 2547

Mövqələrimiz atəşə tutulan zaman Tərtər rayonunun Qapanlı yaşayış məntəqəsi ərazisindəki mülki tikiliyə güllə dəyib.

"Qafqazinfo" xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. 

Bildirilir ki, təxribat törədən qanunsuz erməni silahlı dəstəsinin üzvlərinin spirtli içkinin təsiri altında atəş açmaları tərəfimizdən  müşahidə edilib.

Hadisə nəticəsində mülki əhali və bölmələrimizin şəxsi heyəti arasında xəsarət alan yoxdur.