“Qafqazinfo” ans press-ə istinadən məlumat verir ki, vertolyotla İrəvana getməyi planlaşdıran separatçıların rəhbəri əlverişsiz hava şəraiti ilə əlaqədar avtomobil yolundan istifadə etməli olub. Bu isə ona baha başa gəlib. Belə ki, qondarma respublikanın “prezidenti”nin korteji qəzaya uğrayıb.
Qəza nəticəsində korteji müşaiyət edən yol polisilərindən biri ölüb, biri isə ağır yaralanıb.
Qəzanın hansı şəraitdə baş verdiyi və qəza törədən sürücünün adı açıqlanmır.
Son xəbərlər
Son Xəbərlər