Ermənilərin yaydığı bu görüntü də saxtadır

ermenilerin-yaydigi-bu-goruntu-de-saxtadir
Oxunma sayı: 16566

İşğalçı Ermənistan tərəfinin sentyabrın 27-dən cəbhədə başlatdığı gərginlik hələ də davam edir. Bununla yanaşı müxtəlif erməni mənbələr Azərbaycan Ordusu haqqında həqiqətə uyğun olmayan məlumatlar paylaşırlar. Belə ki, onlar Azərbaycan Silahlı Qüvvələrinin müxtəlif qadağan olunmuş silahlardan istifadə etməsi haqqında iddialar irəli sürürlər.

“Qafqazinfo” xəbər verir ki, “Fact Check Karabakh” adlı feysbuk səhifəsi iddialar haqda bunları yazıb:

“Ermənistan tərəfi iddia edir ki, guya Azərbaycan Silahlı Qüvvələri tərəfindən qadağan edilmiş kaset tipli sursatlardan istifadə olunur. Videogörüntüyə nəzər saldıqda aydın görünür ki, bu video saxtadır. Necə olur ki, zərbədən sonra ağacların heç bir budağı qırılmır, asfalt örtüyü zədələnmir və kənarda dayanmış avtomobillər zədə almır. Eyni zamanda partlayan avtomobilin sükanı və oturacağının olmadığı aydın görünür”.