Ermənilərin “Qarabağ”ın oyunundakı təxribatları...

ermenilerin-qarabagin-oyunundaki-texribatlari
Oxunma sayı: 1601

Dünən Avropa Liqasının qrup mərhələsində “Düdelanj”la oyunda “Qarabağ”a qarşı baş verən təxribat ilk deyildi.

“Qafqazinfo” xəbər verir ki, bundan əvvəl də bir neçə dəfə Azərbaycan təmsilçisinin qitəmiqyaslı matçlarında xoşagəlməz hadisələr yaşanıb.

Komandamıza qarşı ilk təxribat hadisəsi Yunanıstanda baş vermişdi.

Avropa Liqasının 2016/2017-ci il mövsümünün 4-cü turunda Saloniki şəhərində PAOK-la qarşılaşarkən stadionda erməni bayrağı açılmışdı. Bu təxribat məhz yunanlar tərəfindən baş vermişdi.

Cari mövsüm Çempionlar Liqasının 3-cü təsnifat mərhələsində də analoji hadisə yaşanmışdı. Kiprdə APOEL-lə qarşılaşan “Qarabağ”ın matçı zamanı tribunalarda Ermənistan bayrağı asılmışdı.

2018/2019-cu il Avropa Liqasının qrup mərhələsində “Arsenal”la keçirilən matçda da ermənilər təxribata əl atmışdı. Erməni fanatlardan biri əlində Qondarma Dağlıq Qarabağ bayrağı ilə meydana daxil olmuşdu.