“Qafqazinfo” ans press-ə istinadən xəbər verir ki, ermənilər Ağdamın Uzundərə və Gülçülük sovxozu adlandırılan ərazilərini yandırıblar.
Geniş əraziyə yayılan yanğın gecə saatlarınadək davam edib.
Hadisə yerinə yanğınsöndürənlər cəlb olunub. Yanğının böyüməsinin qarşısı alınıb. Çətin də olsa yanğın söndürülüb.
Qeyd edək ki, son günlər ermənilər cəbhəyanı ərazilərdə mütəmadi olaraq yanğınlar törədir. Ermənilərin təxribatı nəticəsində Azərbaycanın nəzarətində olan ərazilərdə böyük əkin sahələri yanaraq məhv olub.
Son xəbərlər
Son Xəbərlər