Ermənilərin yaraladığı məktəbli qızdan xəbər var- - Fotolar

ermenilerin-yaraladigi-mektebli-qizdan-xeber-var-
Oxunma sayı: 1598


“Qafqazinfo” Publika.Az-a istinadən xəbər verir ki, Gədəbəy Rayon Mərkəzi Xəstəxanasından  bildirilib ki, avqustun 3-də saat 16 radələrində xəstəxanaya yerləşdirilən 2000-ci il təvəllüdlü Şəlalə Mais qızı Tağıyeva sol ayağından güllə yarası alıb. Rayon mərkəzi  xəstəxanasının həkimləri yaralını əməliyyat ediblər. Həkimlər məktəbli qızın vəziyyətinin kafi olduğunu bildirirlər.                

Xatırladaq ki, 9-cu sinif şagirdi olan Ş. Tağıyeva öz həyətlərində gəzərkən düşmən gülləsinə tuş gəlib.