Ermənistan silahlı qüvvələrinin Füzuli rayonunun Alxanlı kəndini atəşə tutması nəticəsində qəlpə yarası almış qadının vəziyyəti ağırlaşıb.
“Qafqazinfo” APA-ya istinadən xəbər verir ki, “N” saylı hərbi hospitala çatdırılan 52 yaşlı Səlbinaz Quliyevanın həyatına təhlükə davam etməkdədir.
Kəndin minaatanlardan atəşə tutulması nəticəsində həlak olmuş Sahibə Quliyeva və 18 aylıq nəvəsi Zəhra Quliyevanın meyitləri isə Zovcuq-5 qəsəbəsinə gətirilib. Rayon İcra Hakimiyyətinin rəsmiləri Alxanlı kəndinin dinc sakinlərinin və mülki obyektlərinin ermənilər tərəfindən atəşə tutulması səbəbindən yas mərasiminin kənddə keçirilməsini təhlükəli hesab edib.
Son xəbərlər
Son Xəbərlər