“Qafqazinfo”nun xəbərinə görə, bu barədə APA-ya millət vəkili Qənirə Paşayeva məlumat verib.
Q. Paşayeva deyib ki, səhiyyə naziri Oqtay Şirəliyevin təlimatı ilə F. Məmmədov xüsusi ambulans helikopterlə Bakıya gətirilir: “Artıq 1 saylı Şəhər Klinik Xəstəxanasında həkim heyəti onu əməliyyat etmək üçün hazırdır”.
Qeyd edək ki, bu gün Azərbaycan-Ermənistan qoşunlarının təmas xəttində vəziyyət yenidən gərginləşib. Axşam saatlarından başlayaraq Tovuz rayonunun Əlibəyli kəndi Ermənistan silahlı birləşmələri tərəfindən intensiv atəşə tutulub. Nəticədə kənd sakinləri 1997-ci il təvəllüdlü Fərid Nəbi oğlu Məmmədov və 1962-ci il təvəllüdlü Anya Qara qızı Ələkbərova yaralanıblar. Onlar Tovuz Mərkəzi rayon Xəstəxanasına yerləşdiriliblər.
Fərid Məmmədov çənəsindən dəyən güllə yarası onun üz nayihəsini dağıdıb.
Son xəbərlər
Son Xəbərlər