“Ermənilərin yaydığı məlumat yalandır”

ermenilerin-yaydigi-melumat-yalandir
Oxunma sayı: 2782

Azərbaycan Müdafiə Nazirliyi (MN) Ermənistan tərəfinin yaydığı əsassız iddialara cavab verib.

Bu barədə MN-dən “Qafqazinfo”ya verilən məlumatda bildirilib.

“Mayın 23-ü guya Azərbaycan Ordusunun bölmələri tərəfindən Basarkeçər rayonunun Günəşli yaşayış məntəqəsi istiqamətində Ermənistan silahlı qüvvələrinin bölmələrinin müxtəlif çaplı atıcı silahlardan atəşə tutulması barədə qarşı tərəfin yaydığı məlumat yalandır, bu məlumatı qəti surətdə təkzib edirik”, - rəsmi məlumatda vurğulanıb.

Həmçinin oxuyun: Синан Оган посетил могилу Мубариза Ибрагимова - Фото