Ermənilərlə bağlı şok cavab- - "Üzr istəyirəm, erməni dedilər mənə"+Video

ermenilerle-bagli-sok-cavab-
Oxunma sayı: 8818


Türkiyə baş naziri və prezidentliyə namizəd Rəcəb Tayyib Ərdoğanın televiziya kanallarından birində ermənilərlə bağlı işlətdiyi ifadə sosial şəbəkələrdə müzakirə mövzusuna çevrilib.

“Qafqazinfo” xəbər verir ki, NTV-də “Namizədlər danışır” proqramında qonaq olan baş nazir mətbuatda onun milliyəti ilə çıxan xəbərləri xatırlayıb və bildirib ki, əslən Rizəlidir, lakin İstanbulda doğulub, böyüyüb: “Mənim üçün bir zamanlar nələr dedilər. Gürcü dedilər. Üzr istəyirəm, daha çirkinini söylədilər, erməni dedilər”. 

Sosial media istifadəçiləri Ərdoğanın “üzr istəyirəm” sözünü işlətməklə erməni olmağın təhqir olmasına işarə etdiyini bildiriblər.