Erməninin dəmə qoyduğu “100 il”

ermeninin-deme-qoydugu-100-il
Oxunma sayı: 1650


Paris hadisələri əcəb başımızı qatır. Bizim gündəmin, dünyanın da dilinə dolanıb. Avropa kül sənin azadlığının başına ki, sərf edəndə bu “azadlığı” gözümüzə soxmağa çalışırsan. Jurnalistləri ölüb, öldürülüb. Bəs həmin Fransa Vətənindəki zorakılığı, işğalı işıqlandıran Salatının, Çingizin ölümlərini heçə alanda mənim jurnalistlərimin canı can deyildimi? ATƏT-in fransız həmsədrləri Qarabağda oturub kabab didişdirəndə, bir dəfə vəhşicəsinə öldürülmüş insanlarımızın ruhuna dua oxudularmı? Ermənini bu qucağından o qucağına alan, bəsləyən, çirkin oyun və böhtanları üçün meydan verən Fransa ya qeyri Avropa ölkəsi sənin “təmizliyin” başına dəysin.

Bu arada baş qarışdırılan söhbətlər düşmənə zaman qazandırır. Bizlər bunun fərqində deyilik. Çoxu heç bilirmi ki, erməni bu dəqiqə vurhavur qondarma soyqırımının 100 ilinə hazırlaşır. Deyəsən, surprizləri də olacaq. Bəlkə biz elə

doğrudan surpriz xoşlayan xalqıq. Niyə dinmirik, niyə bağırmırıq? Erməni dilində kampaniya başlatmaq bizlərdəki kimi bayram alveri, ya ucuz məhsul, endirim kampaniyası deyil. Onlar kampaniya sözünü yalnız erməni həmrəliyi, pul yığmaq, böhtan, çirkin planlar qurmaq üçün işlədirlər. Amma necə edirlərsə, hər zaman da sudan quru çxmağı bacarırlar. Əla bilirlər ki, onlarını sifətinə çırpılacaq böyük həqiqətlərimiz olsa da , onları dəbərtməyə halımız yoxdur. Parisdə olanlar Azərbaycanın özünümüdafiəsi üçün əlverişli vaxtdı. Bunu kənardan yadımıza salırlar. Azərbaycan həqiqətlərini hər zaman bəyan edən cəsarətli rusiyalı yazıçı, publisist Aleksandr Fomenkov bu barədə son qeydində də bildirib. “Azərbaycanın erməni vəhşiliyini Paris hadisələri fonunda gündəmə gətirmək üçün gözəl fürsəti var. Avropada erməni terrorizmi məsələsi qabardılmalıdır.” Biz fürsət sözünü yenə də, milli maraqlar üçün istifadə edə bilmirik. Azərbaycandan kənarda fəaliyyət göstərən tədqiqatçı Qafar Çaxmaqlı hələ ötən ildən bizi təşvişə düşməyə çağırır. Erməni dili mütəxəsisinin çoxsaylı işğalımıza həsr olunmuş kiatablarına daha biri “İşğal və məskunlaşdırma fitnəkarlığı” əlavə olunub. Heç olmazsa bu saydan( imkan olsa, internetdə “Armenizmdən terrorizmə” tədqiqat əsərini oxuya bilərsiz) kitabları yetərincə yaya bilmişikmi? Müəllif deyir, gəlin erməni dilini öyrənək, yenə ağızlar büzülür. Qafar müəllim Türkiyədə yaşadığından ermənilərin çirkin oyunlarına şahidlik etməyə imkanı var. Tədqiqatçı deyir ki, erməni böhtanlarının ayaq açmasında vizual imkanlardan istifadə edir, gəlin biz də cəmlənək.“ Düşmənin hazırlıq planları kino sənayesindən yararlanmaqla davam edir.“Məşhur erməni mənşəli fransız rejissor Aşot Malakyanın( rejisssorun filmdə ad-soyadı saxtalaşdıraraq Anri Verno kimi , çəkilir) “Mayrig” filminin ilk on dəqiqəsində bizim balabanın sədaları altında “soyqırım” hekayəsi gedir, sonrasında köç nəticəsində Fransaya gələn bir erməni ailəsinin oradakı mübarizəsindən bəhs olunur. Rejissorun “Mayrig” filmi ilə yanaşı, bənzər ideyalı “Paradi küçəsi, ev 588” adlı filmi də əcnəbi dillərdə yayılıb. Təkcə Atom Yeqoyanın “Ararat” filminə 15 milyon dollar xərclənib. İndi Yeqoyan yeni film üzərində işləyir. Erməni mənşəli italyan yazar Antonio Arslanın “Tarlakuşu çiftliyi” adlı kitabının ekranlaşdırılmasını erməni mətbuatı böyük həvəslə arzulayır. Növbədə “Musa dağında 40 gün” kitabının film halına çevrilməsi məsələsi durur. Bu iş də mətbuatın səyi ilə reallaşa bilər. Avstriya yəhudisi Frans Verfelin müəllifi olduğu roman 1915-ci il astanasında Hataydakı Musa dağının ətəyində erməni kəndindəki hadisələrdən söhbət açır.” Bəs erməni pulsuz idi? Kasıb dediyimiz, lağ etdimiz erməni dövləti bu filmlərə pul ayıra bilir, amma varımızdan qürurlanıb xarici yardımları geri çevirən Azərbaycan sus qalır. Deyilənə görə, düşmən “erməni soyqırımı”nın 100-cü ilində, yəni yaxında dünyada səs gətirəcək bir ekran əsəri üçün Oscar mükafatlı rejissor Stiven Spilberqlə danışıblar. Onlar böhtan filmlərini çəkməkdə olsunlar, bizim də telekanallar şıdırğı toy, bayram şənliyi verməkdə rəqabətə girsinlər. Gözləyirlər ki, yenə “20 yanvar”, “Xocalı soyqırımı”, “31 mart soyqırımımız” tarixləri gələndə yalnız bir gün ağlayıb sonra da palatka toylara davam edəcəklər, vəssəlam. Erməni və ona havadarlıq edən rus vəhşiliyini ifşa etmək bizim üçün birgünlük söyüşdən ibarətdi. On illərdi belədi, bu tempdə də davam edir.

Biz erməni məsələsində diluzunluq etməkdən niyə çəkinirik, görəsən? Rusiyada yaşayan azərbaycanlı kulinar Stalik Xankişiyev erməni, rus içində Rusiyanı tənqid edəndə niyə qorxmur bəs? Onun cəsarətli çıxışları ölkədən kənarda rus ləpirlərini öpənlərimizədir. Kulinar hər zaman erməninin tək torpaqlarımızı deyil, mədəniyyətimizi, mətbəximizi də işğal etdiyini deyir. Kişi Rusiyanı, erməninin üzərində “made in Arsax”(qondarma Dağlıq Qarabağ Respublikası)yazılan məhsularını qəbul etməkdə ittiham edir. Əla bilirik ki, Rusiya rus erməniçiliyini böyüdüb, başa çatdırıb, evləndirib, uşaqlarını da dünyaya səpələyib. Yəni Rusiya öz dinindən olanları bizdən əksik tuta da bilməz. Nə qədər dindən kənar səbəb axtarsaq da, reallıq budur. Bizim müsəlman qardaşlarımızdan çoxu isə haqq-ədaləti tapdalayıb erməni tərəfə əsir. Türkiyədən götürək. Yenə Qafar Çaxmaqlının müşahidələrinə qayıdıram. “Ermənilər 100-cü ilə hazırlıq mərhələsində türk mənşəli tədqiqatçılardan da yararlanırlar. Bunun ən yaxşı örnəyi neçə illərdir ermənilərə işləyən Taner Akçamdır. O, erməni dostu olan bəzi “türk ziyalıları” nı Ermənistana dəvət edir, onları bu işə təşviq edir. Bunların içərisində jurnalistlər, yazarlar, araşdırmaçılar da var. Həsən Camal, Ali Bayramoğlu, Fatiyə Çətin, Orhan Pamuk... sayları heç də az deyil. Onlardan bəziləri erməni diasporunun və Ermənistan dövlətinin təşkil etdiyi konfranslara həvəslə qatılaraq ermənilərin əsassız iddiasına dəstəklərini verirlər. Bunlar da Ermənistan mətbuatında geniş yer almaqdadır. ABŞ-ın Klark Universitetinin müəllimi, tarixçi Taner Akçamın son zamanlar yazdığı və uğurla yaydığı kitablar erməni təbliğat işinə güc verir. Onun səs-soraq yaradan “Yön Türklərin insanlıq cinayətləri”, babası Camal paşanı erməni öldürsə də, erməni “aşıq”i Həsən Camalın “1915 erməni soyqırımı” kitabları qarşısında nə edə bilərik? Həmin Həsən Camal ki, bu yaxında Ermənistandakı görüşündə üzünə tüpürdülər, yenə erməni sevgisindən vaz keçmədi.

Biz nə etməkdəyik? Tək bir misal. Ötən ilin sonunda alovlanan “lavaş məsələsi”nə belə əlimizdə fakt ola-ola səs çıxara bilmədik. Tədqiqatçı-alim Elşad Əlili həmkarları ilə erməni lüğət və kitablarını ələk-vələk etdi, amma orada “lavaş” sözünü tapmadı. Ermənini yerində otuzduracaq böyük həqiqət idi. Amma bu boyda fakt qarşısında yenə təbliğatımızı ləngidirik, meydan düşməndədi.

Erməni qondarma “100 il”ini dəmə qoyub, gəlin, onun ocağını dağıdaq. Kino çəkmək istəyən olsa, “Mayrig” (filmin adı ermənicə “mama”nın fransızcaya tərcüməsidir) filminə baxsın. Ermənilər böhtandolu filmində Hollivud ulduzu, misirli aktyor Ömər Şərifi oynadıblar. Aktyorsa əlində doğma düdüyümüzü erməni aləti kimi yanıqlı-yanıqlı çalır. Aləm də elə bilir ki, düdük də erməninindi. Bir filmdə neçə iş görürsən, ay əclaf erməni? Baxın, hirslənin, silkələnin və erməninin düşmənimiz olduğunu unutmayın!