Erməninin gözünün içinə tüpürmək

ermeninin-gozunun-icine-tupurmek
Oxunma sayı: 751

Raminə Eyvazqızı

Erməninin  fitnəsinə uyub sonra dizinə döymək kimi adətimiz həmişə olub. O həmin erməni deyilmidir ki, nənəmizin süfrəsində yeməyimizi bəh-bəhlə yeyib, sonra arxada gedib "erməni mətbəxi" kitabına xörəyin reseptini öz adı kimi yazan. Bunlarla bizim arşınımız əsla uymaz! Hələ düşmənin düzələcəyinə ümid edənlər var. İnsan haqlarına ehtiramın nəticəsi kimi Bakıda qarşılanan hər erməni  Xocalı soyqırımı abidəsi önündə ikiqat əyilsə də, bilin ki, onun iki ayağı arasında görünən başında yenə fitnə-fəsad planı qurulur. Bu baş nə başdırsa, yalnız onlara məxsusdur  və həmin baş fasiləsiz işləyir. İndi 2015-ci ildə ailəsi ilə bizə sığınan  erməni gədəsinin gedib xalqı qarşısında diz çöküb peşman olmasına niyə yanırıq ki? 

Demək olar ki, hər gün erməni saytlarına göz gəzdirirəm. Düşmən saytlarının çoxunu ingilis, rus dili ilə yanaşı Türkiyə türkcəsində də oxumaq olur. Hətta ruscada olan eyni xəbəri, Türkiyə türkcəsi versiyasında başqa cür oxumaq olur. Hələ xəbər Türkiyə maraqları ilə bağlıdırsa, erməni saytında oturan redaktorlar mükəmməl dəyişikliklər edirlər. Hər erməni media orqanında Türkiyə və Azərbaycan türkcəsini bilənlər oturub, təqiblə məşğuldurlar. Türk dilində danışsalar da, özlərini qatı erməni balası kimi aparırlar. Amma bizim rusdillilər rusca danışanda ruslaşırlar, adam da qorxur ki,  ermənicə öyrənən bir qrup sonra çevrilər bizə qarşı. Bizimkilər indi-indi ermənicə öyrənmək yolunda addım atırlar, bunun vacibliyi barədə düşüncəyə qapılıblar. 

Vaxtiylə erməni dili üzrə mütəxəsis, jurnalist Qafar Çaxmaqlı BDU nəzdnində düşmən dilinin tədrisini etmək ideyasını vermişdi. Kişini elə qamçılamışdılar ki, gedib bu işi Türkiyədə rahatlıqla görə bildi. İndi mediamızda doğma dilimizdə düz-əməlli cümlə quranlar azalıb, qaldı ki, əcnəbi dili tələb edək. Erməni saytlarında spesifik olan tək onların lobbi peşəkarlığı deyil, biz tərəfə, dövlət məmurlarımıza atdıqları böhtan və təhqir dolu yazılardır. Bu yazıların qarşılığı bizim saytlarda niyə yoxdur, görəsən? 
İndiyədək "Ermənistan Sarkisyan  adlı xiyar yetişdirəcək" başlıqlı xəbərə öz aramızda gülmüşük, vəssəlam. Erməni xaricdə möhtəşəm tədbirlərin aralı qalan qapısından belə özünü ora soxan və sözünü deyib dost qazanmağa malik birisidir. Əlində bir boşqab dolmasını şirin dillə vacib adamların ağzına yerləşdirəndir. Bitməyən oğurluq festivalları ilə göz boyamalarıdır. Milli dolma davası quran bizsə, aramızda yeməkdən doymayanların əsəbini çəkirik. Biz dolma üçün ətin bahalaşmasından yazırıq, ermənisə dolma brendi yaradıb, ətsiz dolma sırıyır xariciyə.

Bu gün vaxtiylə ayaqaltımıza yıxılan, indi isə bizə arxa  çevirib əcdadına dönən V. Martirosyanın gözünün içinə tüpürsək də, verdiyimiz yemək içməyi haram etsək də, mənası yoxdur. Bakıda oturub  Ermənistana "Bakıda 40 min erməni var" bəyənatı verən Martirosyanın etdiyi "xəyanət" deyil, milli şoumenlikdir. Rusiya telekanllarını ələ alan bir şoumen Harik Martirosyanı da var, "Naşa Rossia" adlı verilişlər yaradıb, ruslara yalaqlıq edə-edə, proqramda erməni təbliğatı aparır. Canlarında var, bəs bizim canımızda niyə yoxdur?