Ermənipərəst senator həbs edildi

ermeniperest-senator-hebs-edildi
Oxunma sayı: 3534

Nyu-Yorkun Cənub Dairəsi Nyu-Cersi ştatının keçmiş ermənipərəst senatoru Robert Menendezi 11 il müddətinə azadlıqdan məhrum edib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.

Bildirilib ki, ona korrupsiya, Misir və Qətər üçün qeydiyyatsız xarici agent kimi işləmək ittihamları ilə hökm oxunub.

Menendezin şərikləri, Nyu-Cersidə tərtibatçı Fred Deybs və Amerika vətəndaşı olan misirli iş adamı Vael Hana müvafiq olaraq 7 və 8 il müddətinə azadlıqdan məhrum ediliblər.

Xatırladaq ki, ABŞ-də Andlılar məhkəməsi Robert Menendezi korrupsiya işində bütün ittihamlar üzrə təqsirli bilib. Belə ki, 70 yaşlı senator rüşvətxorluq, qəsb, fırıldaqçılıq, xarici agent kimi fəaliyyət göstərmək də daxil olmaqla 16 maddə üzrə təqsirli bilinib.

Qeyd edək ki, Senatın Xarici Əlaqələr Komitəsinə rəhbərlik etmiş qatı ermənipərəst Menendez uzun illər ABŞ-dəki erməni lobbisinin əsas simalarından biri olub.