“Ermənistan 1 “S-300” qiymətinə 5 illik pensiyaları verə bilərdi”

ermenistan-1-s-300-qiymetine-5-illik-pensiyalari-vere-bilerdi
Oxunma sayı: 4229

“Ermənistan 1 ədəd “S-300” raketinin qiymətinə bütün təqaüdçülərinin 5 illik müavinətini ödəyə bilərdi”. 

“Qafqazinfo”nun verdiyi xəbərə görə, bunu İqtisadi İslahatların Təhlili Mərkəzinin sədri Vüsal Qasımlı keçirdiyi mətbuat konfransında deyib. 

O qeyd edib ki, bu müharibədə Ermənistanın 6 ədəd “S-300” raketi Azərbaycan Ordusu tərəfindən məhv edilib: “Ermənistanın çox qısa bir müddətdə dizləri yerə gələcək və biz qələbə zəfərini çalacağıq.

Ermənistanın 210 min işçi qüvvəsi döyüşlərə cəlb edilib, bu da 1 milyard dollar itki ilə nəticələnəcək”.

Murad Əhməd