“Ermənistan 30 il Qarabağı minalarla zəhərlədi”

“Ermənistan 30 il Qarabağı minalarla zəhərlədi”
Oxunma sayı: 1111

“Qarabağda genişmiqyaslı bərpa işlərinə başlamışıq”.

“Qafqazinfo” xəbər verir ki, bunu xarici işlər naziri Ceyhun Bayramov “Anadolu” agentliyinə açıqlamasında deyib.

XİN rəhbəri qeyd edib ki, Türkiyə Qarabağın bərpasında mühüm rol oynayır:

“Bəzi çətinliklərlə qarşılaşırıq. Bölgə 30 illik işğal dönəmində Ermənistan tərəfindən minalarla zəhərləndi. Keçən həftə Ermənistan Ağdam bölgəsinin mina xəritəsini Azərbaycana verdi. Özlərinin verdiyi məlumata görə, Ağdama 97 min mina döşənib.

Türkiyə bu məsələdə də ilk gündən etibarən Azərbaycana dəstək verir. Türk heyəti Azərbaycanda minatəmizləmə işinə cəlb olunub. Türkiyə, eyni zamanda, azərbaycanlı minatəmizləmə briqadalarına da təlim keçir”.

Minatəmizləmə əməliyyatları ilə eyni vaxtda infrastruktur işlərinə başladığımızı bildirən xarici siyasət idarəsinin rəhbəri yol, elektrik xətti və hava limanı inşaatlarında Türkiyə şirkətlərinin yer aldığını vurğulayıb:

“İşğaldan azad edilən bölgələr böyük potensiala malikdir. Oralarda daha çox işlər görüləcək. Layihələrdə başda Türkiyə olmaqla, dost və qardaş ölkələrin şirkətlərinə üstünlük verəcəyik”.