Ermənistan Fövqəladə Hallar Nazirliyinə bu gün “Zvartnots” aeroportuna partlayıcı qurğu yerləşdirilməsi ilə bağlı məlumat daxil olub.
“Qafqazinfo” xəbər verir ki, bu barədə İrəvanın xilasetmə xidmətinin rəisi Muşeq Kazaryan məlumat verib. Onun sözlərinə görə, hazırda polis zəng edən şəxsin kimliyini araşdırır. Hələ ki, axtarış tədbirləri davam etdirilir.
Qeyd edək ki, hazırda aeroportda nəzarət gücləndirilib.
Son xəbərlər
Son Xəbərlər