“Ermənistan ağlını başına yığsın” Çavuşoğlu+Video

“Ermənistan ağlını başına yığsın” Çavuşoğlu+Video
Oxunma sayı: 5001

“Ermənistan ağlını başına yığsın,  Azərbaycanın yanındayıq”

"Qafqazinfo" xəbər verir ki, bu sözləri Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu "TRT Haber" canlı yayımında jurnalistlərin sualları cavablandırarkən deyib. Ermənistanın Tovuz istiqamətində Azərbaycan mövqelərinə hücumu barədə sualı cavablandıran Çavuşoğlu, "Əlbəttə, Azərbaycan ordusu lazım olanı etdi və bu hücumları dəf etdi. Buradan görürük ki, Ermənistan yeni münaqişə bölgələri yaradaraq diqqəti digər işğal olunmuş torpaqlardan başqa yerə çəkmək istəyir",-deyə qeyd edib.

Ermənistanın bu günə qədər heç bir siyasi həll yoluna yanaşmadığını vurğulayan Çavuşoğlu Ermənistanın hərəkətlərinin qəbuledilməz olduğunu qeyd edib.

Çavuşoğlu Türkiyənin Azərbaycanın ərazi bütövlüyünü qorumaq üçün əlindən gələn bütün dəstəyi verəcəyini bildirib: "Azərbaycan işğal edilmiş ərazilər və Qarabağla bağlı hansı həll yolu seçsə, biz Azərbaycanın yanında olacağıq".


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi