Ermənistan aksiyalarla bağlı KTMT-dən kömək istəyib?

ermenistan-aksiyalarla-bagli-ktmt-den-komek-isteyib
Oxunma sayı: 1661

“İrəvan ölkədə müxalifətin etirazlarını yatırmaq üçün KTMT-nin kollektiv qüvvələrinin göndərilməsi ilə bağlı təşkilata müraciət etməyib”.

“Qafqazinfo” “Sputnik Ermənistan”a istinadən xəbər verir ki, bunu Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan hökumətin iclasından sonra deyib.

“Bu, tamamilə yalan məlumatdır”, - deyə Qriqoryan söyləyib.

Xatırladaq ki, Ermənistan müxalifəti aprelin 25-dən etibarən paytaxt İrəvanda və ölkənin digər ərazilərində Baş nazir Nikol Paşinyanın istefasını tələb etmək məqsədilə etiraz aksiyaları keçirir.