“Ermənistan anlamalıdır ki, bunun yenə acı nəticələri ola bilər”

ermenistan-anlamalidir-ki-bunun-yene-aci-neticeleri-ola-biler
Oxunma sayı: 1262

“Ermənistanın hüquq tanımayan siyasəti yeni hal deyil və on illərdir davam edir. Bu vəziyyət Birinci Qarabağ müharibəsində də yaşandı və Ermənistanın bu siyasətdən əl çəkməyəcəyini düşünürəm”.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Azərbaycanda səfərdə olan Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şentop bu gün keçirdiyi mətbuat konfransında bildirib.

O qeyd edib ki, başda Prezident İlham Əliyev olmaqla, Azərbaycanın müxtəlif qurumları sülhlə bağlı geniş təkliflər irəli sürüb: “Ermənistanda seçkilər keçirildi, Nikol Paşinyan qələbə qazandı. Ermənistan xalqı da bununla bir növ sülhə dəstək vermiş oldu. Ermənistan xalqının qarşıdurmalardan məmnun olduğunu düşünmürəm, müəyyən qüvvələr bu qarşıdurmaların tərəfdarı kimi çıxış edir. Ermənistan anlamalıdır ki, bunun yenə acı nəticələri ola bilər. Bunlar davam etdiyi müddətdə bölgədə sülhün bərqərar olması mümkün deyil. Ermənistanı beynəlxalq hüquqa, qonşular arası beynəlxalq hüquqa riayət etməyə, ona uyğun hərəkət etməyə çağırıram”.