“Ermənistan Antalya Diplomatik Forumunda iştirak etməklə bağlı hələ qərar verməyib”.
“Qafqazinfo” xəbər verir ki, bunu Ermənistan xarici işlər naziri Ararat Mirzoyan avstriyalı həmkarı Aleksandr Şalenberqlə birgə keçirdiyi mətbuat konfransında deyib.
Mirzoyan ölkənin Türkiyə ilə münasibətlərin normallaşması məsələsində xüsusi nümayəndəsi Ruben Rubinyanın və özünün sözügedən forumda iştirak etməklə bağlı Türkiyə tərəfindən dəvət aldığını xatırladıb.
XİN başçısı, həmçinin Antalya Diplomatik Forumunu vacib beynəlxalq diplomatik hadisə adlandırıb.
A. Şalenberq isə Ermənistan nümayəndələrinin foruma dəvət olunmasını Ankara tərəfindən yaxşı jest olaraq qiymətləndirib.
Son xəbərlər
Son Xəbərlər