Ermənistan atəşkəs rejimini pozmaqda davam edir

ermenistan-ateskes-rejimini-pozmaqda-davam-edir
Oxunma sayı: 1086


“Qafqazinfo” xəbər verir ki, erməni silahlı bölmələri dünən və bu gecə Ağdam rayonunun Şıxlar, Cəvahirli, Goranboy rayonunun Gülüstan, Tapqaraqoyunlu, Cəbrayıl rayonunun Mehdili, Tərtər rayonunun Qızıl Oba kəndləri yaxınlığında və Göygöl rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Silahlı Qüvvələrimizin mövqelərini atəşə tutublar.

Düşmən cavab atəşi ilə susdurulub.