Ermənistan atəşkəsi 43 dəfə pozdu

ermenistan-ateskesi-43-defe-pozdu
Oxunma sayı: 2977

Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimini 43 dəfə pozub.

"Qafqazinfo"nun Müdafiə Nazirliyinə istinadən məlumatına görə, Ağdam rayonunun işğal altında olan Novruzlu, Yusifcanlı, Mərzili, Xocavənd rayonunun Kuropatkino, Füzuli rayonunun Aşağı Veysəlli, Qərvənd, Qaraxanbəyli, Aşağı Seyidəhmədli, Qorqan, Kürdlər, Horadiz, Cəbrayıl rayonunun Nüzgar və Mehdili kəndləri yaxınlığında, həmçinin Tərtər və Xocavənd rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən ordumuzun mövqeləri atəşə tutulub.