“Ermənistan-Azərbaycan problemi ilə bağlı çağırışlar diqqət mərkəzindədir”

ermenistan-azerbaycan-problemi-ile-bagli-cagirislar-diqqet-merkezindedir
Oxunma sayı: 2810

"ABŞ tərəflərə Dağlıq Qarabağ münaqişəsinin davamlı sülh yolu ilə həllinə kömək etməkdə qərarlıdır".

"Qafqazinfo"nun Trend-ə istinadən məlumatına görə, bunu ABŞ-ın Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatındakı (ATƏT) daimi nümayəndəsi Ceyms Qilmor deyib.

C.Qilmor bildirib: "Bu məqsədə çatmaq üçün göstərilən səylərdə fəal iştirak etməyə bundan sonra da davam edəcəyik. Ermənistan-Azərbaycan problemi ilə bağlı çağırışlar diqqət mərkəzindədir".

ABŞ-ın daimi nümayəndəsi qeyd edib ki, ATƏT-in Minsk Qrupu həmsədrləri prosesdə fəal iştirak edir:

"Dünən həmsədrlər mətbuata açıqlama verərək, o vaxtda hərbi əməliyyatların azalmasını alqışladılar və hər iki tərəfi deeskalasiyanın davam etdirməsi üçün səy göstərməyə çağırdılar. Həmsədrlər, həmçinin tərəfləri təhrikedici ritorikadan və vəziyyəti deyişmək cəhdlərindən çəkinməyə çağırıblar".