“Ermənistan Azərbaycana 700 milyard borcludur”

ermenistan-azerbaycana-700-milyard-borcludur
Oxunma sayı: 1618


“Qafqazinfo” xəbər verir ki, bunu Trend-ə Ermənistanın təcavüzkar siyasəti nəticəsində Azərbaycana dəymiş zərərin qiymətləndirilməsi üzrə işçi qrupunun üzvü Nüsrət İbrahimov deyib.

Onun sözlərinə görə, işçi qrupu dəymiş zərərin hesablanması üzrə işləri hələ də davam etdirir: "Bu rəqəm hələ minimal göstəricidir".

N.İbrahimov qeyd edib ki, işlərin təqribən 70 faizi başa çatdırılıb: "Tarixi abidələrə, təbii resurslara vurulmuş zərər, qismən də ətraf mühitə dəymiş ziyan hesablanıb".

O, əlavə edib ki, yaxın vaxtlarda bu işə kömək edəcək xarici mütəxəssislərin gəlməsi gözlənilir.