“Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tam olaraq tanıyır”

ermenistan-azerbaycanin-erazi-butovluyunu-tam-olaraq-taniyir
Oxunma sayı: 3467

“Mən təsdiq edirəm ki, Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tam olaraq tanıyır və biz Azərbaycanın da eyni şeyi edəcəyini, Ermənistan SSR-in ərazisini Ermənistan ərazisi kimi tanıyacağını gözləyirik”.

“Qafqazinfo” TASS-a istinadən xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan parlamentdə çıxışı zamanı deyib. 

Onun sözlərinə görə, hər iki ölkə bir-birinin ərazi bütövlüyünü dəqiqliklə tanıyarsa, Ermənistan və Azərbaycan arasında sülh müqaviləsinin bağlanması realdır.