Ermənistan Azərbaycanla sərhəddə 3 buraxılış məntəqəsi açmağı planlaşdırır

ermenistan-azerbaycanla-serhedde-3-buraxilis-menteqesi-acmagi-planlasdirir
Oxunma sayı: 3290

Ermənistan Azərbaycanla sərhəddə üç buraxılış məntəqəsi açmaq istəyir.

“Qafqazinfo” “Sputnik Ermənistan”a istinadən xəbər verir ki, bu barədə Ermənistan Milli Təhlükəsizlik Xidmətinin təklif etdiyi layihədə deyilir.

Sözügedən buraxılış məntəqələri bunlardır: Kəlbəcər (Kəlbəcər rayonu), Sədərək (Sədərək rayonu), Eyvazlı (Qubadlı rayonu).

Layihənin əsaslandırılmasında qeyd edilir ki, layihənin qəbul edilməsi Baş nazir Nikol Paşinyanın avqustun 4-də hökumətin iclasında verdiyi göstərişləri yerinə yetirmək zərurətindən irəli gəlir.

Qeyd edək ki, avqustun 4-də erməni Baş nazir bildirib ki, Ermənistan Naxçıvanla Azərbaycan arasında əlaqələri günü bu gün təmin etməyə hazırdır.