Ermənistan Bakıda keçiriləcək forumla bağlı - Bəyanat yaydı

ermenistan-bakida-kecirilecek-forumla-bagli
Oxunma sayı: 2997

Ermənistan BMT Sivilizasiyalar Alyansının VII Qlobal Forumunun Bakıda keçirilməsindən narahatlığını ifadə edib.

“Qafqazinfo” xəbər verir ki, bununla bağlı Ermənistanın Xarici İşlər Nazirliyi bəyanat yayıb. Bəyanatda bildirilir ki, Ermənistan Bakıda keçiriləcək forumu rədd edir və tədbirin yekunlarına dair qətnaməyə qoşulmur: “Belə olan halda, konsesus olmadığı üçün qətnamə də qəbul edilə bilməz. Ermənistan Bakıda keçiriləcək forumu inkar edir, o cümlədən nəticələrini də”.