Ermənistan Baş nazirinin müavini Rusiyaya gedir

ermenistan-bas-nazirinin-muavini-rusiyaya-gedir
Oxunma sayı: 1206

Ermənistanın Baş nazirinin müavini Mqer Qriqoryan bu gün Rusiyaya səfər edəcək.

“Qafqazinfo” “Sputnik Ermənistan”a istinadən xəbər verir ki, Qriqoryan Rusiyada Avrasiya İqtisadi Komissiyasının iclasında iştirak edəcək.

Xatırladaq ki, Qriqoryan sonuncu dəfə avqustun 30-u Moskvada səfərdə olub. O, burada Azərbaycan, Rusiya və Ermənistan Baş nazirlərinin müavinlərinin görüşündə iştirak edib.