Ermənistan Baş Prokurorluğuna seçkilərdəki pozuntularla bağlı onlarla şikayət daxil olub

Ermənistan Baş Prokurorluğuna seçkilərdəki pozuntularla bağlı onlarla şikayət daxil olub
Oxunma sayı: 1243

Ermənistan Baş Prokurorluğu növbədənkənar parlament seçkiləri zamanı daxil olmuş 64 şikayətə baxır.

“Qafqazinfo” xəbər verir ki, bu barədə brifinqdə Baş Prokurorluğun nümayəndəsi Edqar Arsenyan bildirib.

“Seçki məntəqələri açılandan saat 13:00-dək pozuntularla bağlı 64 şikayət daxil olub. 26 qanun pozuntusunda cinayət əlamətləri var, onlarla bağlı istintaq işləri aparılır. Seçki məntəqəsində zorakılığın tətbiqi faktı ilə bağlı bir cinayət işi açılıb. Qalan şikayətlər yoxlanılması üçün Ermənistan polisinə göndərilib”, - Arsenyan qeyd edib.

Onun məlumatına görə, 16 hadisə səsvermə sirlərinin pozulması, 6 hadisə seçicilərin satın alınması cəhdləri, 16 insident seçki prosesinə maneə törədilməsi ilə bağlıdır.