Ermənistan Baş Prokurorluğunda qeyri-sağlam mühit hökm sürür, Baş prokuror Anna Vardapetyanın kadr siyasətinə görə narazılıq daim artır.
“Qafqazinfo” xəbər verir ki, bu barədə “Past” nəşri mənbələrinə istinadən yazır.
Mənbənin məlumatına görə, aparatın yüksək peşəkarlıq səviyyəsinə malik təcrübəli əməkdaşları hələ də sistemdə bir gün belə işləməmiş şəxsin təyinatı ilə bağlı çaşqınlıq içindədirlər.
Müxalif siyasətçilərə qarşı saysız-hesabsız cinayət işlərinin açılması üzrə təlimat da narazılıq doğurur. Buna Vardapetyanın Prokurorluqda etdiyi “kadr talanları” əlavə olunur. “Past” yazır ki, Vardapetyan xüsusilə keçmiş Baş prokuror Artur Davtyanın kadrları sayılan işçilərdən qurtulmağa çalışır. Baş prokuror, həmçinin vaxtaşırı ciddi səbəblər olmadan kadr qarışıqlıqlarını həyata keçirir və işçilər köçürmələrini yalnız müvafiq əmr imzalandıqdan sonra öyrənirlər.
Nəşr, həmçinin qeyd edir ki, Vardapetyan daim “kompeks” yoxlamalar aparır, vaxtaşırı töhmətlər elan edir və ən kiçik səbəbdən intizam tənbehi təyin edir.
Qeyd edək ki, Vardapetyan bu vəzifəyə 2022-ci ilin sentyabrında seçilib.
Son xəbərlər
Son Xəbərlər