Ermənistan Baş Qərargahında yeni təyinat

ermenistan-bas-qerargahinda-yeni-teyinat
Oxunma sayı: 1715

Ermənistan Silahlı Qüvvələri Baş Qərargahına yeni rəhbər təyin olunub.

“Qafqazinfo” “Sputnik Armeniya”ya istinadən xəbər verir ki, bu barədə Ermənistan Prezidenti Vaaqn Xaçaturyan fərman imzalayıb.

Fərmana əsasən, Baş Kəşfiyyat İdarəsinin rəis müavini polkovnik Samvel Movsisyan həmin idarənin rəisi, eləcə də Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisinin müavini təyin edilib.

Digər qərarla Baş Qərargah rəisinin müavini Arakel Martikyan vəzifəsindən azad edilib.

Xatırladaq ki, Ermənistanda bir ilə yaxın idi ki, kəşfiyyat rəhbəri yox idi. Bundan əvvəl Silahlı Qüvvələrin Baş Qərargahının kəşfiyyat idarəsinə general-mayor Arayik Arutyunyan rəhbərlik edib.