Ermənistan Baş Qərargahının rəis müavini saxlanıldı

ermenistan-bas-qerargahinin-reis-muavini-saxlanildi
Oxunma sayı: 1379

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisinin müavini general-leytenant Stepan Qalstyan saxlanılıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə məlumatı “Hraparak” qəzeti yayıb.

Hazırda onun evində axtarış aparılır.

S.Qalstyan ölkənin Müdafiə Nazirliyinə keyfiyyətsiz sursatların tədarük edilməsi məsələsi üzrə sorğuya çağırılıb.