Ermənistan borc içində üzür

ermenistan-borc-icinde-uzur
Oxunma sayı: 647

SalamNews Ermənistan KİV-nə istinadən xəbər verir ki bununla da Ermənistanın xarici borcunun həcmi 3 milyard 700 milyon ABŞ dollarına çatıb. Bu borcun nəinki yarısını, heç dörddə bir hissəsini belə qaytarmaq üçün Ermənistanın iqtisadi potensialı yoxdur.

Hakimiyyətdə olan prezidentlər ölkənin iqtisadi vəziyyətini yaxşılaşdırmaq əvəzinə xarici dövlətlərdən ağır şərtlərlə külli miqdarda kreditlər götürərək öz siyasi ambisiyalarına sərf ediblər. Dövlət büdcəsi isə oliqarx nazirlər tərəfindən dağıdılır. Şübhəsiz ki, Prezident Serj Sarkisyanın bundan xəbəri vardır. Lakin büdcədən oğurlanan pulların böyük hissəsi ona çatdığı üçün heç bir tədbir görmür.