Müdafiə Nazirliyi (MN) qoşunların təmas xəttində Azərbaycan Silahlı Qüvvələrinə məxsus diversiya qrupunun guya, qarşı tərəfə keçməsi barədə Ermənistan mətbuatında yayılan məlumatlara münasibət bildirib.
“Qafqazinfo”nun məlumatına görə, nazirliyin mətbuat xidmətindən APA-ya bildirilib ki, düşmən tərəfi son döyüş əməliyyatları zamanı çoxsaylı itkilərinin bir qismini açıqladıqdan sonra Ermənistan ictimaiyyəti qorxu və vahimə içindədir:
“Odur ki, Ermənistan kriminal hərbi-siyasi rejimi digər meyitləri aşkara çıxarmaq üçün Azərbaycan ordusunun guya, hər gün diversiya əməliyyatları keçirməsi barədə məlumatları hələ uzun müddət verəcək və ölülər barədə xəbər yayacaq. Uğursuzluqlarını ört-basdır etmək üçün onların belə bəhanələrdən başqa çıxış yolu yoxdur”.
Son xəbərlər
Son Xəbərlər